Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq
11 İyun 2024 11:12

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (Bakı üçün 73⁰.1) olacaq.

Həmin gün ən uzun gündüz və ən qısa gecə yaşanacaq.

Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq. Günəşə qədər məsafə 152.025 milyon km təşkil edəcək. 14 gündən sonra isə - iyulun 5-i saat 09:06-da Yer orbitinin Günəşdən ən uzaq nöqtəsində - afelidə, Günəşə qədər məsafə isə 152.1 milyon km olacaq.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə təşkil edəcək.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.