Kamaləddin Qafarov: “Azərbaycan Misirin dəstəyini həmişə yüksək qiymətləndirir”

Kamaləddin Qafarov: “Azərbaycan Misirin dəstəyini həmişə yüksək qiymətləndirir”
10 İyun 2024 14:12

“Azərbaycan-Misir münasibətlərinin qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Afrika qitəsinin şimal-şərqində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, müasir Azərbaycan-Misir əlaqələrinin formalaşmasında həlledici amil kimi çıxış edən mühüm məqamlardan biri də Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misirin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləməsi və üzv olduğu beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini daim müdafiə etməsidir. “ Bu gün Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var.”       

K.Qafarov qeyd edib ki, ki, Prezident İlham Əliyevin iyun ayının 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına böyük töhfə verəcək: “Cənab Prezident İlham Əliyev Qahirəyə rəsmi səfər çərçivəsində iyunun 8-də Misirin paytaxtında mətbuata bəyanatla etdiyi çıxışında bildirdi ki, ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır və bu dialoq bundan sonra da davam etdiriləcək. Diqqətəlayiq haldır ki, bütün beynəlxalq məsələlərdə Misir və Azərbaycanın fikirləri üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində daim Misirin ölkəmizə dəstək verdiyini xüsusi qeyd etdi. Azərbaycanın sədrliyi nəticəsində Qoşulmama Hərəkatı daha böyük imkanlara malik olmuşdur. Azərbaycanın Hərəkata sədrliyi dövründə daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması ilə bağlı olub. Cənab Prezident bu xüsusda dövlətimizin prinsipial mövqeyini bir daha vurğulayaraq bildirdi ki, müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Azərbaycan hər zaman bütün dünyada sülhün tərəfdarı və təbliğatçısı kimi çıxış edib. Dövlət başçımız Misirdə verdiyi bəyanatında da bir daha bildirdi ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalı, müharibəyə son qoyulmalı və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır” .

6 Sent 2024
Siyasət

Şəkinin daxili yolları təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şəki şəhərində ümumi sahəsi 36,1 km olan mərkəzi küçələrin təmirinə start verib.

6 Sent 2024
Siyasət

Ukraynanın Baş naziri Azərbaycan tərəfindən göstərilən humanitar yardımı yüksək qiymətləndirib

Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.

6 Sent 2024
Siyasət

FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.

6 Sent 2024
Siyasət

Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Bakı və Gəncə şəhərlərindən, Beyləqan, Cəbrayıl, Füzuli, Masallı, Göygöl, Goranboy, Samux, Ucar, Tərtər və digər rayonlardan olan vətəndaşları qəbul edib.

6 Sent 2024
Siyasət

Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı müzakirə edib.