Qaxda Aşağı Malax-Qaşqaçay-Armudlu yolu yenidən qurulub - FOTO

Qaxda Aşağı Malax-Qaşqaçay-Armudlu yolu yenidən qurulub - FOTO
02 Apr 2024 16:57

Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan və uzunluğu 12,5 km olan Aşağı Malax-Qaşqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yolları əsaslı şəkildə yenidən qurulub.

Oxu.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrdir.

Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol əsasının inşası yerinə yetirilib, yolboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Layihə üzrə yolun Qaşqaçay hissəsində 830 və 150 metr uzunluğa malik iki köhnə arx qazılaraq, yenidən tikilib. Uzunluğu 830 metr olan arxın ətrafına 640 poqonometr səki daşı düzülüb, 200 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların da inşası aparılıb.

Tikinti çərçivəsində Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən iki aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsü inşa olunub.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu üç yaşayış məntəqəsinin 1600 nəfər əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında icra olunub.

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

 


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.