“İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında bildirib.
“Hörmətli qonağımız (Rumıniya Prezidenti-red.) sabah Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak edəcəkdir. Prezident Yohannisin açılışda iştirakı bu tədbirin böyük əhəmiyyətindən xəbər verir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şəki şəhərində ümumi sahəsi 36,1 km olan mərkəzi küçələrin təmirinə start verib.
Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Bakı və Gəncə şəhərlərindən, Beyləqan, Cəbrayıl, Füzuli, Masallı, Göygöl, Goranboy, Samux, Ucar, Tərtər və digər rayonlardan olan vətəndaşları qəbul edib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı müzakirə edib.