“Twitter” rəhbərliyi kütləvi ixtisara hazırlaşır.
Realpress.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən xəbər yayıb.
Şirkət öz əməkdaşlarının 8%-ni - 300-ə yaxın işçini ixtisara salmaq niyyətindədir. Bu rəqəm dəyişə də bilər. İxtisarın bu həftə elan olunacağı gözlənilir.
Belə kütləvi ixtisar sonuncu dəfə 1 il öncə, şirkətin rəhbəri vəzifəsinə onun yaradıcısı Cek Dorsi gəldikdən sonra həyata keçirilib.
Qeyd edək ki, “Twitter” bir neçə şirkətlə satış barədə müzakirələr aparırdı. Bu sırada “Google”, “Disney”, “SalesForce” kimi şirkətlərin adları çəkilirdi.
Lakin onların hamısı şirkəti almaq fikrindən vaz keçib. “Twitter”in bazar dəyəri 14 milyard dollar həcmində qiymətləndirilir.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.