“Tufan” tipli sərhəd gözətçi gəmisi xidməti–döyüş fəaliyyətinə başlayıb

“Tufan” tipli sərhəd gözətçi gəmisi xidməti–döyüş fəaliyyətinə başlayıb
16 2017 13:28

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi S 203 nömrəli “Tufan” tipli sərhəd gözətçi gəmisi xidməti–döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gəmi xidməti–döyüş fəaliyyətinə başlaması ilə əlaqədar Xəzər dənizinə endirilib.

Yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən itisürətli qayıqlarla təchiz edilən və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin edilməsi, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli, infrastrukturun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.