“Tokio-2020” Olimpiya Oyunlarında karate yarışları ölkənin “Nippon Budokan” arenasında təşkil ediləcək

“Tokio-2020” Olimpiya Oyunlarında karate yarışları ölkənin “Nippon Budokan” arenasında təşkil ediləcək
13 Dek 2016 09:37

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi “Tokio-2020” Yay Olimpiya Oyunlarının proqramına daxil edilən beş idman növünün keçiriləcəyi yarış arenalarını müəyyənləşdirib.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qarşıdakı Olimpiya Oyunlarında karate yarışları Tokionun “Nippon Budokan” arenasında keçiriləcək. Budokan Yaponiyada karatenin və digər döyüş idman növlərinin mərkəzi sayılır. Bu arena Olimpiadanın karate yarışları üçün heç də təsadüfən seçilməyib. Karateçilərin sevimli məkanı sayılan Budokanda 1970-ci ildə karate üzrə ilk dünya çempionatı keçirilib.

Məlum olub ki, Olimpiya Oyunlarında kişilərdə -60 və -67 kiloqram çəki dərəcələri, eləcə də -84 və +84 kiloqram çəki dərəcələri birləşdiriləcək. Qadınlarda isə -50 və -55 kiloqram çəki dərəcələri, o cümlədən -68 və +68 kiloqram çəki dərəcələri birləşdiriləcək.

Beləliklə, kişilər kumitedə -67, -75 və +75, qadınlar isə -55, -61 və +61 kiloqram çəki dərəcələrində fərdi kata yarışları üçün tatamiyə çıxacaqlar. Olimpiya medalları uğrunda hər çəki dərəcəsində və kata çıxışlarında 10 idmançı mübarizə aparacaq. Proqrama komanda yarışları daxil edilməyib.

Olimpiya təsnifatına gəlincə, dörd idmançı, xüsusi lisenziya yarışlarından üç idmançı, təşkilatçı ölkə kimi Yaponiyadan bir idmançı, qitələr arasında mümkün qədər bərabər iştirakçı sayı yaratmaq üçün reytinq əsasında bir idmançı lisenziya qazanacaq. Həmçinin hər bir qitənin təmsil olunması üçün daha bir vəsiqə isə karatenin zəif inkişaf etdiyi ölkələrə “Wild kard” prinsipi ilə təqdim olunacaq. Avropa və dünya çempionatlarının mükafatçıları mötəbər turnirə birbaşa vəsiqə qazana bilməsələr də, onların nəticələri reytinqlərinə müsbət təsir edəcək.

Karate, həmçinin BOK-un İcraiyyə Komitəsinin qərarı ilə 2018-ci ildə yeniyetmələrin Olimpiya Oyunlarının proqramına daxil edilib. Paytaxt Buenos-Ayresdə oktyabrın 1-dən 12-dək keçirilməsi nəzərdə tutulan bu turnirin detalları isə yaxın müddətdə açıqlanacaq.


6 Sent 2024
İdman

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

6 Sent 2024
İdman

Dünya çempionatı: 5 sərbəst güləşçimiz xalçaya çıxacaq

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

6 Sent 2024
İdman

Paris-2024: Lamiyə Vəliyeva finala vəsiqə qazanıb

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxıb.

6 Sent 2024
İdman

Qadın cüdoçularımız Könül Əliyeva və Fidan Əlizadə Avropa çempionu olublar

Azərbaycanın gənc cüdoçuları Könül Əliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qalibi olublar.

5 Sent 2024
İdman

Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradır

Azərbaycan və İtaliya arasında birgə istehsal və xidmət sahələrinin yaradılmasını əhatə edən sənədlər imzalanıb.