“Təmiz Şəhər” orta məktəb şagirdləri üçün zavodlara növbəti tur təşkil etdi

“Təmiz Şəhər” orta məktəb şagirdləri üçün zavodlara növbəti tur təşkil etdi
27 2017 16:23

“Təmiz Şəhər” ASC tullantıların idarə olunması istiqamətində maarifləndirici layihələrin, aksiyaların keçirilməsini davam etdirir.

Bakı şəhərinin müxtəlif məktəblərində elan edilən “Ekologiya ayı” çərçivəsində “Təmiz Şəhər” Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına tur təşkil edib.

Qurumdan AZƏRTAC-a bildirilib ki, zavodlara növbəti tur yanvarın 26-da paytaxtın 6 və 297 saylı orta məktəblərin şagirdlərinin iştirakı ilə keçirilib.

Turda iştirak edən IV, V və VIII sinif şagirdləri zavodlarda iş prosesi ilə yaxından tanış olub, onlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Bakı şəhəri üzrə toplanan bərk məişət tullantılarının bir hissəsi Tullantıların Çeşidlənməsi Zavoduna təhvil verilir. Burada çeşidlənən tullantıların tərkibindəki təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılır və xammal kimi təkrar emal zavodlarına göndərilir.

Şagirdlər həmçinin, təkrar emal olunması üçün evlərindən və məktəbdən topladıqları yararsız kağız məhsullarını Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil veriblər.

Məktəblilərə məlumat verilib ki, tullantının təkrar emala yararlı olmayan hissəsi Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna göndərilir. Ən qabaqcıl 4G texnologiyası ilə inşa edilən bu zavodda tullantılar yandırılaraq həcmi təxminən 10 dəfə azaldılır və elektrik enerjisi alınır. Zavodda il ərzində hasil olunan enerji ilə 300 min əhalisi olan şəhər və ya rayonu bir il ərzində tam elektrik enerjisi ilə təmin etmək mümkündür.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.