“Skype” proqramının köhnə versiyaları martın 1-dən işləməyəcək

“Skype” proqramının köhnə versiyaları martın 1-dən işləməyəcək
06 2017 15:48

Son zamanlar proqram və ya əməliyyat sistemlərinin köhnə versiyaları üçün dəstəyin dayandırılması ilə bağlı xəbərlər tez-tez yayılır. Bu, əksər hallarda köhnə proqramlarda yeni funksiyaların reallaşdırılmasının qeyri-mümkünlüyü və ya aşağı təhlükəsizlik səviyyəsi ilə izah olunur. “Əgər siz “Skype” proqramının “Windows” və ya “Mac” əməliyyat sistemləri üçün köhnə versiyalarından istifadə edirsinizsə, o zaman martın 1-dən etibarən həmin quraşdırmaların dəstəyi dayandırılacaq”.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, bu haqda “Microsoft” şirkəti öz rəsmi bloqunda yazıb. “Biz müştərilərimizin “Skype” proqramından problemsiz istifadəsi üçün mütəmadi düzəlişlər edirik. Martın 1-dən “Skype” proqramının köhnə versiyalarından (“Windows” üçün 7.16 və aşağı versiyalar, “Mac” üçün 7.0-dan 7.18-dək ) istifadə edənlər sistemə daxil ola bilməyəcəklər. Əgər siz belə istifadəçilərdən birisinizsə, o zaman yeniləməni yükləmək lazımdır" – “Microsoft” şirkətinin rəsmisi deyib.


6 Sent 2024
Dünya

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

6 Sent 2024
Dünya

İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir

İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil olunan "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.

6 Sent 2024
Dünya

İsrail ordusu "Hizbullah"ın silah anbarını vurub

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.

6 Sent 2024
Dünya

Püskürmək üzrə olan vulkanın kraterindən unikal görüntülər

İndoneziyada ölkənin ən aktiv vulkanlarından birinin kraterinin içərisindəki vəziyyəti göstərən unikal görüntülər qeydə alınıb.

6 Sent 2024
Dünya

Almatı vilayətinin bir kəndində qarayara səbəbindən karantin tətbiq edildi

Qazaxıstanın Almatı vilayətinin Ülken Aksu kəndində qarayara səbəbindən karantin tətbiq edilib.