“Gazprom”un gündəlik təbii qaz ixracı yenidən rekord həcmə çatıb

“Gazprom”un gündəlik təbii qaz ixracı yenidən rekord həcmə çatıb
28 2017 14:04

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin xarici ölkələrə gündəlik təbii qaz ixracı yenidən maksimum həcmə çatıb.

AZƏRTAC “Gazprom”a istinadla xəbər verir ki, şirkətin təbii qaz ixracı gündəlik 635 milyon kubmetrə çatıb. “Gazprom” tərəfindən yanvarın 26-da ixrac edilən 635 milyon kubmetr qaz şirkətin tarixində ən yüksək gündəlik ixrac göstəricisi olub.

Açıqlamada “Mavi axın”, “Şimal axını”, “Yamal-Avropa” boru kəmərlərinin tam gücü ilə işlədiyi və şirkət tərəfindən Avropaya təbii qaz ixracının bu il də artmaqda davam etdiyi bildirilir.

“Gazprom”un idarə heyətinin sədri Aleksey Miller ötən günlərdə açıqlamasında Avropanın keçənilki ümumi təbii qaz idxalının 34 faizinin şirkət tərəfindən təmin olunduğunu bildirib.


6 Sent 2024
Dünya

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

6 Sent 2024
Dünya

İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir

İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil olunan "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.

6 Sent 2024
Dünya

İsrail ordusu "Hizbullah"ın silah anbarını vurub

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.

6 Sent 2024
Dünya

Püskürmək üzrə olan vulkanın kraterindən unikal görüntülər

İndoneziyada ölkənin ən aktiv vulkanlarından birinin kraterinin içərisindəki vəziyyəti göstərən unikal görüntülər qeydə alınıb.

6 Sent 2024
Dünya

Almatı vilayətinin bir kəndində qarayara səbəbindən karantin tətbiq edildi

Qazaxıstanın Almatı vilayətinin Ülken Aksu kəndində qarayara səbəbindən karantin tətbiq edilib.