“Facebook Messenger”də postların avtomatik ləğvi funksiyası istifadəyə verilib

“Facebook Messenger”də postların avtomatik ləğvi funksiyası istifadəyə verilib
14 2017 11:21

“Facebook Messenger”də postların 1 gündən sonra avtomatik ləğv edilməsi funksiyası əlçatan olub. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

AZƏRTAC “belta.by” saytına istinadən xəbər verir ki, yeni funksiya “Messenger Day” adlandırılıb. İstifadəçi fotoşəkillər və ya videoçarxlar çəkərək, onlara müxtəlif stikerlər, emodzi və effektlər əlavə edirlər. Bundan sonra istifadəçilər 24 saat müddətində foto və ya videolara baxa bilərlər.

Artıq bu funksiya “iOS” və “Android” sistemli qurğuların bütün istifadəçilərinə əlçatan olub.

Qeyd edək ki, ilk dəfə “Snapchat Messenger”də postların avtomatik ləğvi funksiyası istifadəyə verilib. Avtomatik ləğv edilən postlar artıq "VKontakte" sosial şəbəkəsi və “Instagram”da da reallaşdırılıb.


6 Sent 2024
Dünya

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

6 Sent 2024
Dünya

İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir

İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil olunan "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.

6 Sent 2024
Dünya

İsrail ordusu "Hizbullah"ın silah anbarını vurub

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.

6 Sent 2024
Dünya

Püskürmək üzrə olan vulkanın kraterindən unikal görüntülər

İndoneziyada ölkənin ən aktiv vulkanlarından birinin kraterinin içərisindəki vəziyyəti göstərən unikal görüntülər qeydə alınıb.

6 Sent 2024
Dünya

Almatı vilayətinin bir kəndində qarayara səbəbindən karantin tətbiq edildi

Qazaxıstanın Almatı vilayətinin Ülken Aksu kəndində qarayara səbəbindən karantin tətbiq edilib.