“CinemaPlus” çoxdan gözlənilən “Azərbaycan” kinoteatrını geri qaytardı - FOTO

“CinemaPlus” çoxdan gözlənilən “Azərbaycan” kinoteatrını geri qaytardı - FOTO
13 2017 16:11

Bir çox kinosevərləri sürpriz gözləyir. Vaxtilə hamının sevimli məkanı olan, lakin bir müddət əvvəl öz fəaliyyətini dayandırmış “Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb. Bütünlüklə yenilənmiş kinoteatr Məmməd Əmin Rəsulzadə küçəsində yerləşir, giriş isə elə köhnə zamanda olduğu kimi Əbdülkərim Əlizadə küçəsindəndir. Bu əfsanəni “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi qaytarıb.

Oxu.Az xəbər verir ki, kinoteatr dünya stardartlarına cavab verən 2 mərtəbədən ibarətdir. 3 zal və 190 oturacaq yeri var. Zallar rahat və yüksək keyfiyyətli kreslolar ilə təchiz olunub. 

Xüsusi zövq ilə layihələndirilmiş VIP zalda tamaşaçılar ayrıca masası olan kreslolarda film izləyə və VIP-bar xidmətlərindən istifadə edə bilərlər.

Bundan əlavə kinoteatrda birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün xüsusi liftlər quraşdırılıb. Onların köməyi ilə həm VİP zalın tamaşaçıları növbə gözləmədən zala daxil ola, həm də fiziki qüsurlu insanlar əlil arabaları ilə rahat şəkildə ikinci mərtəbəyə qalxa bilərlər.  Həmçinin əlil arabalı üçün zallarda xüsusi yerlər quraşdırılıb. 

Popkornsuz və soyuq içkilərsiz film izləmək təsəvvüredilməzdir. Kinoteatrda 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.

Həmçinin qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə daxildir: “CinemaPlus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa”.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

 


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.