“Brexit” proseduru yaxın iki həftədə işə salınacaq

“Brexit” proseduru yaxın iki həftədə işə salınacaq
18 2017 14:33

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqının tərkibindən çıxması prosedurunun yaxın iki həftədə rəsmən işə salınacağını bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kardiffdə hakim Mühafizəkarlar Partiyasının yaz qurultayında çıxış edən Tereza Mey deyib: “Növbəti iki həftə ərzində biz 50-ci maddəni (Avropa İttifaqı haqqında Lissabon sazişini) hərəkətə gətirəcək və Krallığın Avropa İttifaqından çıxmasını təmin etmək üçün danışıqlara başlayacağıq”.

“Biz Avropa üçün düzgün sövdələşməyə nail olacağıq”, - deyə hökumətin başçısı vəd edib.

Xatırladaq ki, martın 13-də Britaniyanın Lordlar və İcmalar palataları “Brexit” proseduru barədə qanun layihəsini razılaşdırıblar. Ötən cümə axşamı isə Böyük Britaniya kraliçası II Elizabet layihəni təsdiqləyib və bununla da sənəd qanun qüvvəsi alıb.

London və Brüsselin “Brexit”in şərtləri barədə danışıqları azı iki il davam edəcək. Beləliklə, Böyük Britaniyanın 2019-cu ilin yazında Avropa İttifaqının tərkibindən çıxması gözlənilir.


6 Sent 2024
Dünya

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

6 Sent 2024
Dünya

İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir

İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil olunan "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.

6 Sent 2024
Dünya

İsrail ordusu "Hizbullah"ın silah anbarını vurub

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.

6 Sent 2024
Dünya

Püskürmək üzrə olan vulkanın kraterindən unikal görüntülər

İndoneziyada ölkənin ən aktiv vulkanlarından birinin kraterinin içərisindəki vəziyyəti göstərən unikal görüntülər qeydə alınıb.

6 Sent 2024
Dünya

Almatı vilayətinin bir kəndində qarayara səbəbindən karantin tətbiq edildi

Qazaxıstanın Almatı vilayətinin Ülken Aksu kəndində qarayara səbəbindən karantin tətbiq edilib.