“Bluetooth 5” standartı rəsmən təsdiq edilib

“Bluetooth 5” standartı rəsmən təsdiq edilib
09 Dek 2016 17:36

“Bluetooth Special Interest Group” (“Bluetooth SIG”) təşkilatı cari ilin iyununda elan edilmiş “Bluetooth 5” simsiz rabitə standartını rəsmən təsdiqləyib. Yeni standart bir sıra göstəricilərə görə “Bluetooth” texnologiyasının indiki nəslini xeyli üstələyir.

AZƏRTAC “hitech.newsru.ru” saytına istinadən xəbər verir ki, “Bluetooth 5” rabitə standartı 4 dəfə böyük hərəkət radiusuna malikdir və dördüncü nəsil “Bluetooth” rabitə standartı ilə müqayisədə məlumatların ötürülmə sürəti iki dəfə yüksəkdir. Bundan başqa, “Bluetooth 5” standartında simsiz qurğu ilə qoşulma olmadan göndərilən məlumatların tutumu 8 dəfə artırılıb.

“Bluetooth 5” standartının tətbiqi ev və ya bütün binanı rabitə ilə təmin etməklə “əşyalar interneti”nin inkişafına səbəb olacaq, yüksək sürət daha məhsuldar qurğulardan istifadəyə imkan verəcək. Həmçinin “Bluetooth” standartından istifadə başqa simsiz rabitə texnologiyalarından istifadə zamanı yarana bilən mümkün maneələri azaldacaq.

“Bluetooth 5” dəstəkli ilk istehlak qurğularının yaxın iki-üç ayda bazarda əlçatan olacağı gözlənilir.


6 Sent 2024
Dünya

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

6 Sent 2024
Dünya

İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir

İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil olunan "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.

6 Sent 2024
Dünya

İsrail ordusu "Hizbullah"ın silah anbarını vurub

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.

6 Sent 2024
Dünya

Püskürmək üzrə olan vulkanın kraterindən unikal görüntülər

İndoneziyada ölkənin ən aktiv vulkanlarından birinin kraterinin içərisindəki vəziyyəti göstərən unikal görüntülər qeydə alınıb.

6 Sent 2024
Dünya

Almatı vilayətinin bir kəndində qarayara səbəbindən karantin tətbiq edildi

Qazaxıstanın Almatı vilayətinin Ülken Aksu kəndində qarayara səbəbindən karantin tətbiq edilib.