“Az-Qranata” MMC-nin zavodunda yeni istehsal müəssisələri və anbarlar tikilir

“Az-Qranata” MMC-nin zavodunda yeni istehsal müəssisələri və anbarlar tikilir
07 2017 11:57

“Az-Qranata” MMC-nin Ağsudakı meyvə şirələri və şərab emalı zavodunda yeni müəssisələr və anbarlar tikilir.

AZƏRTAC xəbər verir ki, inşaat işləri müasir texnoloji layihə əsasında aparılır. Zavod üçün əlavə olaraq məhsul qəbulu, süzmə və qablaşdırma müəssisələri, habelə hazır məhsulların saxlanılması üçün anbarlar inşa olunur. Burada şərab məhsullarını eyni şəraitdə uzun illər saxlamaq imkanı olacaq. Artıq istehsal müəssisəsinin tikintisi başa çatmaq üzrədir.

Qeyd edək ki, zavod hazırda 10 min ton meyvə və 5 min ton üzüm qəbulu, saatda 12 ton meyvə şirəsi istehsalı gücünə malikdir. İnşa olunan yeni müəssisələr və anbarlar zavodun qəbul və istehsal gücünü xeyli artıracaq. Habelə, müəssisəyə xeyli əlavə işçi qüvvəsi də cəlb ediləcək.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.