“Addım-addım” adlı layihəyə yekun vurulub

“Addım-addım” adlı layihəyə yekun vurulub
08 2017 10:24

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən VIII qrant müsabiqəsinin qalibi Mahmud Məmmədzadənin “Addım-addım” adlı layihəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, layihənin keçirilməsində məqsəd gənclərin şəxsi inkişafına töhfə vermək və onların gələcəkdə biznesin idarə edilməsi istiqamətində peşəkar kadrlar kimi yetişməsinə dəstək olmaqdan ibarətdir.

Layihə çərçivəsində 3 təlim keçirilib və Binəqədi rayonunda fəaliyyət göstərən “Baker” çörək zavoduna ekskursiya təşkil edilib.

İlk təlimdə CIBS (Caspian International Business Services) təlim mərkəzinin təsisçisi, “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın mütəxəssis profayleri, biznes təlimçi, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri Təbriz Hacıyev “Profaylinq-60 saniyədə insan tanıma sənəti” mövzusunda çıxış edib. Təlim zamanı müxtəlif insan psixotiplərinin təhlili və iş həyatında fərqli xarakterə malik insanlarla işləyərkən diqqət edilməsi zəruri olan məqamlar haqqında layihə iştirakçılarına ətraflı məlumat verilib.

Növbəti təlimlər “CV formalarının düzgün hazırlanması” və “Modern marketinq group” şirkətinin təsisçisi Yusif Vəliyevin təqdimatında “Brendin formalaşdırılması, bazarda satış işinin uğurlu təşkili” mövzularında olub.

“Baker” çörək zavoduna ekskursiya zamanı isə gənclər istehsal prosesi və burada yaradılmış iş şəraiti ilə tanış olublar.

Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif ediliblər.


6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.