«Azəriqaz»dan vətəndaşı qəzəbləndirən tələb

«Azəriqaz»dan vətəndaşı qəzəbləndirən tələb
11 2017 11:31

Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər “sürprizlə” qarşılaşıblar.
Borclarını ödəmək üçün “Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən “Azqazservis”-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub.
Mətbuata açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını bəyan edib: “Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar”.
Hüquq müdafiəçisi Adəm Məmmədov belə bir faktla “Azəriqaz”-ın abunəçinin hüquqlarını kobud şəkildə pozuduğunu qeyd edib:  “Azərbaycan qanunvericiliyində belə bir bənd yoxdur. Borc yığılan illərdə hansı qanunvericilik qüvvədə olubsa, abunəçi də həmin qanunun tələbinə uyğun ödəmə aparmalıdır. Belə halla rastlaşan vətəndaşlar mütləq məhkəməyə müraciət etməlidirlər.”
Vəkil Fəxrəddin Mehdiyev Bizimyol.info-ya açıqlamasında bildirdi ki, qərarın məntiqindən də onun qanunsuz olduğu məlumdur: “İctimai münasibətlərin bütün sahələri qanunla nizamlanmır. Ancaq insanların hüquqi vəziyyətini, hüquqi statusunu ağırlaşdıran qanunun geriyə qüvvəsi ola bilməz. Əlbəttə yeni tarifi borclara tətbiq etmək olmaz. Köhnə köhnə ilə, yen yeni tariflə hesablanmılıdır. Tamamı ilə qanunsuz haldır. Abonentlər vəziyyətlə bağlı məhkəməyə müraciət edə bilərlər”.
İqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, əslində qərar tamamilə qanunsuzdur: ““Azəriqaz”ın nə deməyindən asılı olmayaraq yeni verilmiş qaydalar, qanunlar geriyə tətbiq edilə bilməz. Bu hüququn, dünya praktikasının əlifbasıdır. Ona görə də “Azəriqaz”ın atdığı addım tamamı ilə qeyri-qanunidir. Mənə elə gəlir ki, belə köhnə borcu olan vətəndaşlar həmən məhkəmələrə müraciət etməlidirlər. Məhkəmə qərarı vasitəsi ilə “Azəriqaz”ın verdiyi məntiqsiz qərar ləğv edilməlidir. Çünki məhkəmələrə müraciət olunsa, əminəm ki, bununla bağlı normal izah olmalıdır. Qanunun geriyə tətbiqi ümumiyyətlə mümkün deyil. Bu hüquq anlayışına ziddir. Əgər hər hansısa bir insan müəyyən bir hərəkət edirsə və keçmişə aid olan hərkətə görə yeni qaydalarla o nə cəzalandırıla, nə də cərimələndirilə bilməz. Məntiqlə belə çıxır ki, məsələn mən 3 ay öncə hər hansı bir yol hərəkəti qaydasını pozmuşam və 30 manat cərimələnmişəm. Ancaq yeni qaydalara görə həmin qayda pozuntusu 60 manatdırsa, mən 60 manat ödəməliyəm. Belə bir şey yoxdur. Həmin qayda pozarkən cərimə nə qədər idisə, onun məsuliyyətini daşıyıram”. 
“Yəni, həmin qaydalar köhnə borclara da tətbiq olunmalıdır. Köhnə borclar heç vaxt yeni qaydalarla hesablana bilməz. Ən azından burda belə bir bəsit məntiq var ki, əgər köhnə qiymətlər yeni qiymətlərlə olsa idi, mən o zaman bu qədər qaz işlətməzdim. Daha ciddi qənaət rejiminə keçərdim. Əgər mən bunu bilmirdimsə, vətəndaş olaraq məni bu qədər yükləmək olmaz. Bu qanuna ziddir. Ona görə də köhnə borcu olan vətəndaşlara “Azəriqaz” tərəfindən belə bir iddia irəli sürüləcəksə və yenidən hesablanacaqsa, vətəndaşlar ya qrup, ya da fərdi şəkildə məhkəmələrə müraciət etməlidirlər. Məhkəmə qaydasında bu qərarın ləğvinə çalışılmalıdır” - deyə ekspert bildirib.

6 Sent 2024
Cəmiyyət

Sentyabrın 7-də hava durumu necə olacaq?

Azərbaycanda sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

6 Sent 2024
Cəmiyyət

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə: Bölmələrə tapşırıqlar verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.

6 Sent 2024
Cəmiyyət

Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir

Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.

6 Sent 2024
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

6 Sent 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.