Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO

Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
23 Apr 2024 12:59

Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir.

Bu əlamətdar tarixlə əlaqədar Mustafa Kamal Atatürkün əbədi istirahətgahı olan Anıtqəbir ziyarət olunur, rəsmi mərasimlər keçirilir.

Artıq səhər saatlarında Türkiyənin milli təhsil naziri Yusuf Tekin uşaq və məktəblilərlə birgə Mustafa Kamal Atatürkün Anıtqəbrini ziyarət edib.

Eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin sədri və üzvləri, ölkənin dövlət rəsmiləri cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.

Xatırladaq ki, 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprel tarixinin bayram kimi qeyd edilməsi haqqında qərar imzalayıb. Bu tarixdən beş il sonra - 1929-cu ildən etibarən Türkiyədə 23 aprel tarixi Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb.


10 May 2024
Dünya

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

8 May 2024
Dünya

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb - VİDEO

Braziliyanın cənub əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb.

8 May 2024
Dünya

Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub

Uzun fasilədən sonra Rusiyanın raketdaşıyan gəmiləri yenidən Qara dənizə daxil olub.

8 May 2024
Dünya

Avro ucuzlaşdı, lirə bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.