Bakıda 17 mərtəbəli binada başlayan yanğın söndürülüb - VİDEO

Bakıda 17 mərtəbəli binada başlayan yanğın söndürülüb - VİDEO
20 Avq 2019 14:41

Bakının Yasamal rayonunda hündürmərtəbəli binada başlayan yanğın söndürülüb.

Realpress.az istinadla bildirir ki,Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Yasamal rayonunda 17 mərtəbəli yaşayış binasında şaxta boyunca elektrik naqilləri 30 p.m yanıb.

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər və elektrik sayğacları yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***11:39
Bakının Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, İsmayıl bəy Qutqaşınlı 63 ünvanında yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən maşınlar cəlb olunub.

Bina sakinləri təxliyyə edilib.

İlkin məlumata görə, yanğın elektrik şitinin partlaması nəticəsində başlayıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əraziyə yanğınsöndürənlər cəlb olunub.

Nazirlikdən bildirilib ki, yanğın 17 mərtəbəli binanın 13 və 14-cü mərtəbəsi arasındakı elektrik şitində baş verib. Hazırda yanğının söndürülməsinə çalışırlar.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.