Quba və Şabranda meşə yanğını artıb - YENİLƏNİB

Quba və Şabranda meşə yanğını artıb - YENİLƏNİB
19 Avq 2019 17:13


Səhər saatlarından Şabran rayonunda dağlıq ərazidə başlayan yanğın Quba rayonu, Zərqova inzibati ərazi dairəsində yerləşən dağlıq və meşəlik zonaya qədər genişlənib.

Realpress.az xəbər verir ki, hadisə yerində Raron İcra Hakimiyyətinin, Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yerli sakinlər də var.

Zərqova ərazisindəki yanğının bir hissəsi tez bir zamanda söndürülüb. Alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yanğının səbəbləri araşdırılır.

11:16

Şabran və Quba rayonlarının ərazisində meşə zolağında güclü yanğın başlayıb.

realpress.az-ın bölgə müxbiri xəbər verir ki, hazırda Şabranın Aygünlü kəndi və Qubanın Zərqova kəndlərində meşəlik ərazidə yanğın davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin regional bölməsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvə cəlb edilib.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.