İnformasiya təhlükəsizliyi üzrə həllərin istehsalçısı olan “Trend Micro” şirkəti 85 virus tətbiqindən ibarət olan proqram aşkar edib. “Google Play” mağazasında 8 milyon dəfədən çox yüklənilib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, söhbət “Adware” tipli proqramlardan söhbət gedir. Bu tip proqramlar oyun və ya foto redaktor kimi faydalı proqramların adı altında maskalanaraq zəhlə tökən reklam göstərirlər. “Trend Micro” şirkəti tərəfindən aşkar edilmiş proqramlar qanunsuz gəlirlərini artırmaq üçün bir sıra yaradıcı yanaşmalardan istifadə edirlər.
Birincisi, cinayətkarlar həmin proqramların məxfi fəaliyyət göstərməsinə cəhd ediblər. İstifadəçi qurğusuna quraşdırılan həmin proqramlar işə salınan taymer nəticəsində 30 dəqiqə ərzində heç bir fəaliyyət göstərmirlər. Bu, reklam xarakterli mobil proqramı onu avtomatik karantinə yerləşdirən antiviruslardan gizlətməyə kömək edir.
“Trend Micro”nun mütəxəssisləri “Google” şirkəti ilə əlaqə saxladıqdan sonra həmin proqram təminatları silinib.
Realpress.az
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.