Yağış sürüşmə zonalarını aktivləşdirdi

Yağış sürüşmə zonalarını aktivləşdirdi
09 Avq 2019 15:42


Son vaxtlar ölkə ərazisində intensiv yağan yağışlar nəticəsində sürüşmə zonalarında aktivlik müşahidə olunub.

Bunu realpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, son günlər yağan yağışlar daha çox bölgələrdəki sürüşmə zonalarında aktivləşib:

“Bakı-Şamaxı yolunun 11-106-cı kilometrliyində yol tikintisi aparılan müəyyən yerlərdə lokal tipli çökmə prosesləri var. Eyni zamanda, son günlər Quba rayonu ərazisində “Quruçay” deyilən yerdə - indi Alpan-Xınalıq yolu çəkilən ərazidə aktivləşmə var. Yəni Susay kəndindən təxminən beş kilometr şimal-qərbdə “Quruçay”ın sol sahilində 40 hektara yaxın ərazidə axıntı tipli sürüşmə prosesi baş verib”.

Ekspedisiya rəisi bildirib ki, sürüşmə məhsulları nazik, narın, dənəli, gilli və qumlu çökmə süxurlardan ibarət olduğuna görə şirəli gillərdir:

“Suda isə böyük bulanıqlıq var. Çay ətrafında yerləşən kəndlərin təxminən 15 minə yaxın əhalisi içməli suyu oradan təmin edirlər. Yəni əhalinin yeganə su təchizatı həmin çaydır. Qeyd edim ki, həmin yerlərdə hələ də gərginlik qalır”.

Ə.Qaralov əlavə edib ki, şimal bölgəsində yerləşən Qusarçay sahəsində də sürüşmə olub:

“Badamdarda isə sürüşmə kütləsinin üzərində heç bir gərginlik müşahidə olunmayıb. Stabil vəziyyətdir. Bu gün Bakı və Abşerona yağan intensiv yağışlar nəticəsində aktivləşməsi ehtimal edilən sürüşmə zonaları haqqında isə monitorinqlər aparıldıqdan sonra məlumat veriləcək”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.