İŞİD-in azərbaycanlı gəlinləri - VİDEO

İŞİD-in azərbaycanlı gəlinləri - VİDEO
08 Avq 2019 17:15

Suriyanın İslam Dövləti qrupunun nəzarətindəki son istehkamından evakuasiya edilən insanların çoxunun qrupun döyüşçüləri ilə qohumluğu var.

Realpress.az “virtualaz”a istinadən xəbər verir ki, Suriyada ekstremist yaraqlıların dul qalmış arvadları və uşaqları xaricilər üçün xüsusi düşərgədə saxlanılır.

Amerikanın Səsinin bu yaxınlarda Suriyanın Əl-Hol düşərgəsinə baş çəkən müxbiri Mutlu Civiroğlu oradakı qadınların vəziyyəti ilə tanış olub.

O, düşərgədə qeyri-insani durumun, çirkablıq və qeyri-sanitariyanın hökm sürdüyünü deyib. Uşaqların vəziyyətini açınacaqlı adlandıran Civiroğlu hökumətləri onları qəbul etməyə çağırıb.

Müxbir qadınların, xüsusilə Avropa ölkələrindən gələn qadınların hökumətlərinin onları qəbul etmək istədiyini bildirib.

Adının Ayişə olduğunu deyən azərbaycanlı qadın həyat yoldaşı ilə birgə Suriyaya getdiyini deyib.

Həyat yoldaşının Kobanyada öldürülməsindən sonra bu düşərgəyə sığınan Ayişə düşərgədə yaşanan çətinlikləri haqda da danışıb.

Anasının xristian, atasının şiə olduğunu deyən digər bir azərbaycanlı qadın anasının onu qəbul etmək istəmədiyini bildirib.

Mutlu Civiroğlu iki həftə öncə 14 yaşlı azərbaycanlı qızın nənəsinin də iştirakı ilə boğularaq öldürüldüyünü deyib. Qızın günahı isə başını örtmək istəməməsi olub.

Digər qadınlar da vətən həsrəti ilə yaşayır. Tacikistandan olan br qadın oğlunun çəkdiyi ümid dolu rəsmlərini göstərərək, göz yaşlarını saxlaya bilməyib.

Suriya və İraqda həyat yoldaşları İŞİD-ə xidmət edən bəzi qadınlar ölüm hökmlərinə məhkum edilib. İraqda valideynlərinin terrorçular tərəfindən öldürülən uşaqların taleyi narahatlıq mövzusudur.

Məhkəmənin qərarı ilə edam edilən qadınların övladlarının taleyi bəlli deyil.

Lakin yardım təşkilatları düşərgələrdə həyatın kritik vəziyyətdə olduğunu və fövqəladə vəziyyətdən çıxmaq üçün zaman tələb olunduğunu deyir. 


22 Avq 2019
Dünya

Çindən ABŞ-a xəbərdarlıq: Bunu edənlər cəzalanacaq

Çin Tayvana F-16 qırıcılarını tədarük edən şirkətlərə sanksiya tətbiq edəcək.

22 Avq 2019
Dünya

Xırdalanda qarışıq mallar mağazası yanıb

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 1480 m² olan qarışıq mallar mağazasının yanar konstruksiyaları və içərisinə yığılan mallar 60 m² sahədə yanıb.

22 Avq 2019
Dünya

Titanik gəmisinin illər sonra çəkilən görüntüsü alimləri şoka saldı - VİDEO

"Batmayan gəmi" olaraq hazırlanmış lakin dəniz tarixində ən böyük faciələrdən birinə səbəb olan Titanik-in yeni görüntüləri yayımlanıb. 

22 Avq 2019
Dünya

Quş sürülərinin səbəb olduğu təyyarə qəzaları - VİDEO

Hazırda quşla toqquşma hava nəqliyyatı üçün ən böyük təhlükələrdən biri hesab olunur. On il əvvələdək Beynəlxalq Mülki Aviasiya Təşkilatı hər il dünyada quşlarla təyyarələrin toqquşmasına dair orta hesabla 5400 hal qeydə alırdı. 1988-ci ildən bəri təyyarə mühərriklərinə quş düşməsi üzündən baş verən qəzalarda 200 nəfərdən artıq insan həyatını itirib.