Azərbaycanlı aparıcıda xərçəng aşkarlandı - Onkologiyada döyüşlərim başladı - FOTO

Azərbaycanlı aparıcıda xərçəng aşkarlandı - Onkologiyada döyüşlərim başladı - FOTO
08 Avq 2019 13:03

Lider TV-nin əməkdaşı Zərifə Çobanzadə Tapdıq qızında xərçəng xəstəliyi üzə çıxıb.

Realpress.az baku.ws-ə istinadən xəbər verir ki, qarın boşluğunda onkoloji şiş aşkarlanan Zərifə xanım artıq bir neçə gündür Milli Onkologiya Mərkəzində (MOM) müalicəyə başlayıb.

Z.Çobanzadə xəstəlikdən qorxmadığını deyir:

"Mən güclü qadınam, xəstəlikdən qorxmuram. Tezliklə bu bəlaya qalib gələcəyəm. Onkologiyada döyüşlərim başladı. Bu çətin döyüşdə mənə dəstək olan dəyərlimiz Fəxriyyə Xələfovaya, sevimli millət vəkilimiz Qənirə Paşayevaya və MOM-un baş həkimi Azad Kərimliyə dərin minnətdarlığımı bildirirəm".

Z.Çobanzadə planlaşdırılmış cərrahiyyə əməliyyatının təxirə salındığını deyir: "Əməliyyat olunmalıyam, qanımda şəkərim normaya düşmədiyindən təxirə salındı. Gözləyirik..."

Qeyd edək ki, Zərifə Çobanzadə "Xeyirli axşamlar" və "Kalorit" proqramlarının layihə rəhbəri və aparıcısı olub. 


20 Avq 2019
Şou-biznes

Kayahanın 22 ilik həyat yoldaşı ərə gedir — FOTO

Mərhum bəstəkar-müğənni Kayahanın həyat yoldaşı İpek Açar aialə qurmağa hazırlaşır.

19 Avq 2019
Şou-biznes

“Maşın” realiti şousu yenidən başlayır

Reytinqləri alt-üst edən “Maşın” realiti şousu yenidən start götürəcək.

19 Avq 2019
Şou-biznes

Məlahət Abbasova ATV-dən getdi

Əməkdar artist Məlahət Abbasova bu mövsüm də aparıcılıq fəaliyyətini davam etdirəcək.