Hərbi aşpazlarımız birinci oldu - VİDEO

Hərbi aşpazlarımız birinci oldu - VİDEO
08 Avq 2019 12:04


“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazları ikinci mərhələni uğurla başa vurublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müsabiqənin növbəti mərhələsində hərbi aşpazlarımız sərbəst resept üzrə yeməklərin hazırlanmasında bacarıqlarını nümayiş etdiriblər.

Hakimlərin qərarına əsasən 281 balla Azərbaycan birinci, 269 balla Qazaxıstan ikinci və 244 balla Monqolustan üçüncü yerdə qərarlaşıb. 

“Səhra mətbəxi” müsabiqəsinin növbəti mərhələsində hərbi aşpazlar un məmulatlarının hazırlanması və əvvəlcədən təyin edilən menyuya uyğun təamların bişirilməsi üzrə yarışacaqlar. 


20 Avq 2019
Hərbi

Abituriyentlər imtahan nəticələri haqqında elektron arayış əldə edə biləcəklər - YENİLİK

Dövlət İmtahan Mərkəzi (DİM) bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin "Şəxsi kabinet"lərinə yeni elektron xidmət inteqrasiya edib.

20 Avq 2019
Hərbi

Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi

Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi

20 Avq 2019
Hərbi

Pilotumuz harada dəfn ediləcək? - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, 24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

20 Avq 2019
Hərbi

"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı — SON DƏQİQƏ

24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

18 Avq 2019
Hərbi

Zakir Həsənov "Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarının bağlanış mərasimində iştirak edib - FOTO

Zakir Həsənov "Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarının bağlanış mərasimində iştirak edib - FOTO