Ödənişli saytlarda məqalələri sərbəst oxumaq olar

Ödənişli saytlarda məqalələri sərbəst oxumaq olar
06 Avq 2019 08:59

"Google" korporasiyası öz bloqunda "Chrome 76" brauzerinin yeni versiyasını təqdim edib. Yeni versiya ödənişli saytlarda məqalələri ödəniş etmədən oxumağa imkan verir.

Realpress.az ICTnews-a istinadən bildirir ki, yeni versiyada əvvəlki versiyalarda aşkar edilmiş 43 boşluq aradan qaldırılıb. Tərtibatçılar sözügedən boşluqların əksər hissəsini ixtisaslaşdırılmış proqram təminatının ("AddressSanitizer", "AFL", "Control Flow Integrity" və sairə) köməyi ilə avtomatlaşdırılmış test üsulu ilə aşkar ediblər.

"Məxfi" rejimdən istifadə sayəsində ödənişli saytlarda məqalələri ödəniş etmədən oxumaq mümkün olub. Proqram resurslarda ödənişli məzmunu gizlədən "paywall" xidmətini keçmək imkanına malikdir. Ancaq bu funksiya bütün saytlarda işləmir.

"Chrome 76" versiyasında "Flash" texnologiyasının işə salınması prosesi daha da çətinləşib. Yeni versiyada məzmunun göstərilməsi tamamilə dayandırılıb. İstifadəçi hər bir portal üçün ayrı-ayrılıqda "Flash" texnologiyasının dəstəyini sazlamalar menyusu vasitəsilə aktivləşdirməli olacaq. Bu, tədricən öz aktuallığını itirən "Flash" texnologiyasından imtina ilə bağlıdır.



20 Avq 2019
Maraqlı

Zob niyə böyüyür?

Qalxanvari vəz boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir.

20 Avq 2019
Maraqlı

İlk “kosmik dicey” Beynəlxalq Kosmik Stansiyada konsert verib - VİDEO

İtalyan astronavtları üçün kosmosa uçuş həmişə gündəlik işlə və elmi araşdırmalarla bağlı olmur. Onlardan biri Beynəlxalq Kosmik Stansiyanı ziyarət edərkən, dicey pultunun köməyilə orbital həyatı gözəlləşdirməyin orijinal üsulunu tapıb.

20 Avq 2019
Maraqlı

Məşhur brendlərin ən gülməli "fake"ləri

"Reddit"də "Crappy Off Brands" səhifəsi məşhur brendi gülməli formada məharətlə saxtalaşdıran şirkətlərin nümunələri ilə zəngindir.

20 Avq 2019
Maraqlı

“Windows”lu istənilən kompüterə müdaxilə üsulu tapılıb

"Windows" sisteminin terminal xidmətlərində cinayətkarlara qurbanın kompüterinə tam müdaxiləyə imkan verən kritik boşluqlar aşkar edilib. Sözügedən boşluqlar "Microsoft"un əməkdaşları tərəfindən tapılıb.

19 Avq 2019
Maraqlı

Qafqaz qoruğu ərazisində yeni göl aşkar edildi

Rusiyanın Krasnodar diyarında yerləşən Qafqaz qoruğunun ərazisində ekspedisiyada olan qrupun iştirakçıları buzlağın geri çəkildiyi yerdə yeni gölün yarandığını aşkar ediblər.