Qarabağda müharibə başlasa nələr olacaq? - Amerikalı analitik mümkün ssenariləri açıqlayır

Qarabağda müharibə başlasa nələr olacaq? - Amerikalı analitik mümkün ssenariləri açıqlayır
02 Avq 2019 12:18


Amerikalı analitik, ABŞ dövlət katibinin postsovet məkanı üzrə sabiq xüsusi müşaviri, tanınmış politoloq Pol Qobl Dağlıq Qarabağ cəbhəsində və Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsini şərh edib.

P.Qobl realpress.az-a açıqlamasında deyib ki, cəbhədə xırda insidentlər davam edəcək, lakin bu, əsas hücum anlamına gəlmir.

Ekspert Qarabağda müharibə başlayacağı təqdirdə, baş verə biləcək mümkün ssenarilərdən də danışıb.

O bildirib ki, Azərbaycan ilk zərbə endirə bilər, çünki əlində güclü qüvvə var:

“Ancaq bu zaman Rusiya ortaya çıxacaq. Şəxsən mən düşünürəm ki, Dağlıq Qarabağ ətrafında gərginlik uzun müddət davam edəcək”.

Analitikin fikrincə, cəbhədə atəşkəsin pozulması dəyişməz bir fenomendir və bu, hər iki tərəfdən asılı məsələdir.

P.Qobl Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan hər hansı irəliləyiş gözləmədiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, bu il iyunun 20-də Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Bu görüşdən sonra Qarabağ cəbhəsində nisbi sakitlik müşahidə olunurdu. Lakin iyulun 17-dən etibarən Ermənistan ordusu bu “susqunluğ”unu pozaraq növbəti dəfə təxribatlara əl atıb.

Bundan başqa, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

Aqşin Kərimov

22 Avq 2019
Hərbi

Azərbaycan Ordusunun tam modernləşdirilmiş döyüş maşını

Azərbaycan Dövlət Sərhəd Xidməti Bakıda təşkil edilən hərbi sərgidə ZTR 70s döyüş maşınını təqdim edib.

21 Avq 2019
Hərbi

Rəşad Atakişiyevin atası: Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı

Rəşad Atakişiyevin atası: Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı

21 Avq 2019
Hərbi

Düşmən atəş­kəsi pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

20 Avq 2019
Hərbi

Abituriyentlər imtahan nəticələri haqqında elektron arayış əldə edə biləcəklər - YENİLİK

Dövlət İmtahan Mərkəzi (DİM) bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin "Şəxsi kabinet"lərinə yeni elektron xidmət inteqrasiya edib.