Azərbaycanlı deputatlar Türkiyədədir - SƏBƏB

Azərbaycanlı deputatlar Türkiyədədir - SƏBƏB
15 İyul 2019 11:19

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılova Türkiyədə 15 iyul - çevriliş cəhdinin qarşısının alınmasının 3-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün Ankarada səfərdədir.

Realpress.az xəbər verir ki, Məclis Aparatından Trend-ə verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun dəvəti ilə həyata keçirilən səfər zamanı nümayəndə heyətimiz 2016-cı ildə baş vermiş çevriliş cəhdinin qarşısının alınmasının ildönümü münasibəti ilə təşkil olunmuş parlamentin xüsusi iclasına qatılacaq.

Yığıncaqda bu hadisələr zamanı həlak olanların xatirəsi anılacaq, dövlət çevrilişi cəhdinin ağır nəticələri və onların aradan qaldırılması barədə danışılacaq, həmin gün dost ölkələr tərəfindən dövlətçilik və demokratiya uğrunda mübarizədə Türkiyə xalqına verilən dəstəkdən söhbət açılacaq, bir sıra sənədlər nümayiş olunacaq.

Səfər iyulun 16-da başa çatacaq.


26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.