Güclü şimal küləyi, leysan, dolu - İstirahət günlərinin havası

Güclü şimal küləyi, leysan, dolu - İstirahət günlərinin havası
10 İyul 2019 16:20


İstirahət günlərinə olan hava proqnozu açıqlanıb.

Realpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın məlumatına görə, yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək:

“Belə ki, havanın orta temperaturu bu ayın normasını cəmi 0,7 dərəcə üstələyir.

İyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. Hava iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır.

Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər.

Respublikanın rayonlarında, xüsusən, dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir”.

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.