“Huawei” noutbuklarının tədarükü və hazırlanması dayandırılacaq

“Huawei” noutbuklarının tədarükü və hazırlanması dayandırılacaq
12 İyun 2019 12:40

Dünyanın aparıcı elektronika istehsalçılarından olan “Huawei” şirkəti öz brendi ilə noutbukların hazırlanması və buraxılışı üzrə planlara yenidən baxmaq niyyətindədir. Bu barədə “DigiTimes” internet nəşri Çin şirkətinin istehsal tərəfdaşlarındakı mənbələrə istinadən məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, məlumata görə, “Huawei” şirkəti tərəfdaşlara portativ kompüterlər üçün komplektləşdirici hissələrin tədarükünün, eləcə də yeni layihələr üzərində işin müvəqqəti dayandırılmasını bildirən məktub ünvanlayıb. Bununla yanaşı, məktubda tədarükün və işlərin bərpa olunma müddəti qeyd olunmayıb.

Mütəxəssislərin qiymətləndirməsinə görə, şirkətin belə qərar qəbul etməsinin səbəbi ABŞ və Çin arasında olan ticarət mübahisəsi ilə əlaqədardır. Belə ki, ABŞ-ın “Intel”, “Qualcomm” və “Microsoft” şirkətləri ölkənin Ticarət Nazirliyinin “qara siyahı”sına düşən “Huawei” şirkəti ilə əməkdaşlığı dayandırıb. Bu əsas aparat platformaları və proqram təminatı tədarükçülərinin iştirakı olmadan “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən müasir noutbukların istehsalını təşkil etmək qeyri-mümkündür.

 Realpress.az



14 İyun 2019
İT

Yaponiyada işıqforlar “5G” siqnallarını ötürəcək

Yaponiyada svetoforlar beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) siqnallarını ötürməyə imkan verən xüsusi avadanlıqla təchiz ediləcək. Bu barədə ölkənin “NHK” telekanalı məlumat verib.

14 İyun 2019
İT

Elektrik enerjisini vulkan daşlarında saxlayan stansiya işə salınıb

Almaniyanın “Siemens” şirkətinin “Gamesa Corporacion Tecnologica” törəməsi yeni istilik elektrik stansiyasının tikintisini başa çatdıraraq istifadəyə verib. Layihənin unikallığı külək elektrostansiyası vasitəsilə toplanan enerjinin vulkan daşlarında saxlanılmasındadır.

14 İyun 2019
İT

Yeni alqoritm robotlara insanların hərəkət istiqamətini tapmağa kömək edəcək

Massaçusets Texnologiya İnstitutunun (MTİ) mühəndisləri tərəfindən işlənib hazırlanmış alqoritm robotlara insanın hərəkət istiqamətini öncədən bilməyə imkan verəcək. Bu xüsusiyyət gələcəkdə robot və insanların birgə işini asanlaşdıracaq.

14 İyun 2019
İT

Didim asteroidinin tədqiqi üzrə missiya üçün radiasiyaya davamlı kompüter hazırlanır

Avropa Kosmik Agentliyi (European Space Agency, ESA) Didim asteroidinə uçacaq "Hera" zondu üçün radiasiyaya davamlı kompüter hazırlamağa başlayıb. Qurğu 4 il ərzində planetlərarası məkanda iş qabiliyyətini qoruyacaq. Bu barədə agentliyin məlumatında deyilir.