Bakıda sərnişin avtobusu qəzaya uğradı: yaralılar var

Bakıda sərnişin avtobusu qəzaya uğradı: yaralılar var
11 İyun 2019 17:20


Bakının Zığ şosesində sərnişin avtobusu qəzaya uğrayıb.

Realpress.az xəbər verir ki, 104 saylı marşrut xətti ilə hərəkətdə olan avtobusun qəzaya uğraması nəticəsində dörd nəfər xəsarət alıb. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 43 və 34 yaşlı qadınlar Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına, 50 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb. 

Hər dörd qadına bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.