“İyunun 15-dən etibarən çimərlik mövsümü ilə əlaqədar təcili tibbi yardım briqadaları Bakının 16 çimərliyində vətəndaşlara xidmət göstərəcək”.
Realpress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) baş həkimi Rauf Nağıyev deyib.
O bildirib ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Baş həkim qeyd edib ki, təcili tibbi yardım briqadaları saat 09:00-dan 20:00-a qədər çimərliklərdə növbə çəkəcək.
Xatırladaq ki, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri Türkan, Hövsan və Şıx çimərliklərinin istifadəyə yararsız olduğunu açıqlayıb.
Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir.
Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Asim Nadir oğlu Səfərovun meyitinin qalıqları Qəbələ rayonuna gətirilib.