Bu il ölkəmizə turist axını daha çox bu ölkələrdən olacaq

Bu il ölkəmizə turist axını daha çox bu ölkələrdən olacaq
04 İyun 2019 14:53


İlin sonuna qədər Azərbaycana gələcək turistlərin sayında 8-12 faiz artım olacağı gözlənilir. 

Realpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. 

Onun sözlərinə görə, bu artımın Çin, Asiya ölkələri və İsraildən olacağı gözlənilir.

“Biz dövlət qurumu olaraq əhaliyə dəstək göstərməliyik. Lazım olanda turistlərin necə qəbulu, xidmət göstərilməsi ilə bağlı treninqlər keçirməliyik. Agentliyin tərkibində üç təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda bu təhsil müəssisələrində islahatlar gedir. 

Bizi maraqlandıran və narahat edən kadr siyasətidir. Bu istiqamətdə güclü iş aparırıq. Ölkə təbliğatına böyük vəsaitlər xərclənir. Sabah gələn insanlara normal və səviyyəli xidmət göstərilməsə, onlar məmnun qalmasa, işimiz sıfır olacaq. Ona görə də kadr siyasəti önəmlidir”.


27 İyun 2019
Turizm

Azərbaycanda turizm polisi yaradılacaq

Azərbaycanda turizm polisi fəaliyyət göstərəcək. "APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

25 İyun 2019
Turizm

Rusiyalı turistlər üçün Bakı-Tbilisi pulsuz avtobusları təşkil oluna bilər

Rusiyalı turistlər üçün Bakı-Tbilisi pulsuz avtobusları təşkil oluna bilər

18 İyun 2019
Turizm

Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirilməsi çox vacib idi.