Sürücülük etibarnaməsi ilə bağlı vacib — YENİLİK

Sürücülük etibarnaməsi ilə bağlı vacib — YENİLİK
24 May 2019 16:04

Azərbaycanda avtomobillərin idarə olunması ilə bağlı etibarnamənin verilməsi xidməti elektronlaşdırılıb.

Realpress.az ONA-a istinadla xəbər verir ki,  bunu "Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı "myGov” portalının (my.gov.az) təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin direktoru Fariz Cəfərov deyib.Onun sözlərinə görə, artıq istifadəçilər "myGov” portalında olan "Şəxsi kabinet” vasitəsilə avtomobil sahibləri istədikləri şəxsə avtomobilin etibarnaməsini verə biləcəklər.

"Xidməti istifadə etdikdə avtomobil və etibarnamənin kim tərəfindən veriləcəyi seçilir, daha sonra etibarnamə veriləcək şəxsin fərdi identifikasiya nömrəsi seçilir və "davam et” düyməsi vurulur. Qeyd edim ki, etibarnamənin müddəti birillikdir. Etibarnamə verilən şəxsin sürücülük vəsiqəsinin müddəti bir ildən az olduğu halda, etibarnamə yalnız qalan müddətə verilir”, - deyə F. Cəfərov qeyd edib.
 
Mərkəzinin direktoru həmçinin bildirib ki, bu xidmət üzrə rüsumu hər iki tərəf ödəyə bilər və ödənişlə bağlı tərəflərin "Şəxsi kabinet”lərinə müvafiq bildirişlər göndəriləcək.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".