Ətir qoxusunu qalıcı etmək üçün 8 üsul

Ətir qoxusunu qalıcı etmək üçün 8 üsul
24 May 2019 13:31

Ətir hər kəsin özünə xas şəkildə istifadə etdiyi vasitədir. Çox insan düşünür ki, parfümü lazım olduğundan artıq sıxsaq o zaman qoxu qalıcı olacaq.

Lakin bu səhv düşüncədir.

Realpress.az bildirir ki, əslində isə ətirin qoxusunun qalıcı olması üçün etməli oluğunuz şeylər bunlardır:

 Doğru ətir seçimi

Dərinizə uyğun ətir seçməlisiniz. Açıq dərili insanlar çiçək qoxulu ətirlər, qaraşın və əsmərlər isə oriental qoxulu ətirlər, qızılı və kürənlər isə meyvə qoxulu ətirlər seçməlidirlər.

Təmiz bədənə istifadə etmək

Parfümdan istifadə edərkən bədən nahiyənizdə tər və yaxud da başqa ətirin olmamasından əmin olun. Hətta yaxşı olar ki, parfümdan istifadə etməzdən öncə duş qəbul edəsiniz. Çünki, təmiz bədənə sıxılmış parfüm daha qalıcı və gözəl qoxuya səbəb olur.

Düzgün nahiyələrə çəkin

Parfümünüzü boyun, ənsə, dirsək içi, bilək, qulaq arxası kimi bölgələrə çəkin.

Dekolte nahiyələrini unutmayın

Ətirinizi bel, kürək və sinə dekoltesi bölgələrinə sıxın. Bu hissələr ətirinizi daha çəkici hala gətirir və qalıcılığını artırır.

Digər yumşaldıcı vasitələrlə birgə istifadə edin

Ətirinizi krem, losyon, nəmləndiricilərlə birlikdə istifadə etməyə çalışın.Bu məhsullar sayəsində ətirinizin qoxusu daha güclü və təsirli qalacaqdır.

Geyimlərinizin üzərinə sıxın

Xüsusilə də jaket, gödəkçə və s. kimi qalın geyimlər qoxunu daha çox özündə saxlaya bilir.

Parfümünüzü təzələyin

Parfümünüzü bir dəfə sıxdıqdan sonra 3 - 4 saat aradan sonra onu təzələyin, yəni bir də sıxın.

Ətiri qoruyun

Hər dəfə istifadə etdikdən sonra ətirə diqqət edin və qapağının yaxşı bağlanmasına diqqət edin.Çünki, ağzı açıq qalmış ətirin qoxusu da get-gedə zəifləyir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.