Kərimi döyən şəxs polisdir? - Kimliyi açıqlandı, araşdırma başladı

Kərimi döyən şəxs polisdir? - Kimliyi açıqlandı, araşdırma başladı
21 May 2019 17:32


Bakıda müğənni Kərim Abbasova hücum edən şəxsin kimliyi məıum olub.

Realpress.az istinadla bildirir ki,bu barədə Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, müğənniyə hücum edən şəxs Bakı şəhəri, Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Ramazanovdur:

“Həmin şəxs Binəqədi rayon Polis İdarəsinə dəvət edilərək izahatı alınıb”.

E.Hacıyevin sözlərinə görə, onun polis olması ilə əlaqədar yayılan xəbərlər əsassızdır.

“Elvin Ramazanov polis orqanlarında işləmir və mülki vətəndaşdır. Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin təhqiqat şöbəsində təhqiqat-araşdırmaları davam etdirilir”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.