Ötən il dünya mobil texnologiyalar bazarının həcmi 1,6 trilyon dolları üstələyib

Ötən il dünya mobil texnologiyalar bazarının həcmi 1,6 trilyon dolları üstələyib
19 Apr 2019 15:40

"IDC" analitik şirkəti hesabat dərc edərək 2018-ci ildə dünyada mobil texnologiyalar, o cümlədən müvafiq avadanlıq, proqram təminatı və xidmətlərin satış həcminin 2017-ci illə müqayisədə 3,2 faiz artaraq 1,6 trilyon dolları üstələməsini açıqlayıb. 2021-ci ilədək isə satış həcminin 1,7 trilyon dolları ötəcəyi proqnozlaşdırılır.

"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, mobil xidmətlər seqmentinin bazar payı 60 faizə bərabərdir. Onun 90 faizinin rabitə xidmətlərinin payına düşməsinə baxmayaraq mobil strategiya, əlavə və qurğuların planlaşdırılması, həyata keçirilməsi, istismarı və dəstəyi üçün nəzərdə tutulan korporativ mobil xidmətlər seqmenti də sürətlə artır.

Böyüklüyünə görə ikinci bazar seqmenti avadanlıqlar seqmentidir. 2021-ci ilədək dünyada mobil avadanlıqların satış həcminin 675 milyard dollaradək yüksələcəyi gözlənilir ki, bunun da 75 faizi smartfonların payına düşəcək.

Proqram seqmentinin həcmi əvvəlki iki seqmentlə müqayisədə kiçik olsa da, hamıdan sürətlə artır – ildə orta hesabla 14,7 faiz. Burada ən çox paya 2021-ci ilədək satış həcmi 7,1 milyard dollaradək artacaq korporativ mobil əlavələr sahibdir.

Dünyada mobil texnologiyaların satış həcminin 70 faizi istehlak seqmentinin payına düşür. Lakin onun illik artımı artıq 2019-cu ildə 1 faiz azala bilər.

2018-ci ildə mobil texnologiyaların alışı üzrə sahələr arasında peşə xidmətləri (54 milyard dollar), bank sahəsi (43 milyard dollar), diskret istehsal (38 milyard dollar) və ticarət (32 milyard dollar) liderlik edəcək.

 


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.