Lavrov Qarabağla bağlı son razılaşmalardan danışdı - YENİLƏNİB

Lavrov Qarabağla bağlı son razılaşmalardan danışdı - YENİLƏNİB
17 Apr 2019 17:27


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan müzakirələr tərəflərin öz aralarında  ərazi bütövlüyü, xalqların öz müqəddəratını müəyyən etmə, güc tətbiq etməmə prinsipləri əsasında razılaşma yollarını axtarmalarını nəzərdə tutur.

Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov aprelin 15-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya ali diplomatları arasında keçirilən görüşün yekunlarına dair “Moskva-Baku” nəşrinə verdiyi açıqlamada bildirib.

“Burada mənim iştirakımla  Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi, sonradan danışıqlara ATƏT-in Minsk qrupunun üç həmsədri və hazırkı ATƏT sədrinin Dağlıq Qarabağ üzrə nümayəndəsi qoşuldu.

2016-cı il təklifinin müzakirə olunduğunu qeyd etdiniz. Başa düşdüyüm qədərilə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün yekunlarına dair verdiyi müsahibələrin birində bu təkliflərin müzakirə olunduğunu xatırladıb.

Bununla bağlı heç nə əlavə edə bilmərəm. Bu təkliflərin məğzinə gəlincə, onlar həmsədr ölkələrin - Rusiya, Fransa və Birləşmiş Ştatlar dövlət başçılarının bəyanatlarında təsbit olunub.

Onlar ərazi bütövlüyü, xalqların öz müqəddəratını müəyyən etməsi və güc tətbiq etməmə prinispləri əsasında tərəflərin öz aralarında razılaşma yollarını axtarmasını nəzərdə tutur. Sizə sadəcə dövət başçılarının bu qəbildən olan bəyanatlarına, həmçinin, dekabr ayında ATƏT xarici işlər nazirləri şurasının toplantısında qəbul olunmuş son bəyanatları nəzərdən keçirməyi təklif edirəm. Orada iş bütün əsas istiqamətlər üzrə izah olunub. Ancaq detallar, əlbəttə ki, məxfi saxlanılır.

Bazar ertəsi Moskvada keçirilmiş görüşün yekunları əsasında humanitar ölçülərə gəlincə, bu, birgə bəyanatda açıq şəkildə göstərilib. Bəyanat görüşün yekunları əsasında dərc olunub. Bu, tərəflərin xüsusilə kənd təsərrüfatı işlərinin aparıldığı vaxt sabitliyin təmin edilməsi üçün əlavə səylərin göstərilməsi ilə bağlı tərəflərin öz aralarında orta məxrəcə gəlməsinin vacibliyini vurğulayır.

Qohumların həbsdə olan yaxınları və əzizlərinə baş çəkə bilməsi üçün və insanlar, o cümlədən, KİV nümayəndələri ilə əlaqələrin yaradılmasına icazə verilməsi üçün şəraitin yaradılması ilə bağlı razılaşmadan ibarətdir. Mənə elə gəlir bu çox faydalı bir razılaşmadır.

Şərhlərdə oxumuşdum ki, oxşar şeylər, xüsusilə humanitar sferada, əvvəllər də razılaşdırılsa da, heç də hər zaman yerinə yetirilməyib. Bu, həqiqətdir. Ancaq Moskvada baş tutan görüşün yekunlarına əsasən, düşünməyə əsas var ki, nə Bakı, nə də Yerevan bu razılaşmaların kağız üzərində qalmasında maraqlı deyil. Bunu hazırda aparılan işlərin atmosferindən də hiss etmək olur”.

14:25

Nə Bakı, nə də Yerevan Qarabağ üzrə son razılaşmaların kağız üzərində qalmasını istəyir.

Bu sözləri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilmiş mətbuat konfransında səsləndirib.

“Biz buna kömək edəcəyik”, - deyə Qarabağla bağlı vəziyyəti şərh edən rusiyalı diplomat bildirib.

Xatırladaq ki, aprelin 15-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiya XİN başçısının və Minsk qrupu həmsədrlərinin iştirakı ilə Moskvada görüşü keçirilib. 

8 May 2024
Siyasət

Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verilib

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin və birinci xanım Desislava Radevanın şərəfinə rəsmi nahar verilib.

8 May 2024
Siyasət

Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO

Mayın 8-də Ankarada Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

8 May 2024
Siyasət

Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”

“Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi bir neçə gün bundan əvvəl tam başa çatıb”.

8 May 2024
Siyasət

Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”

“Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”.

8 May 2024
Siyasət

Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”

“Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”.