Afəti yenə ələ saldılar - VİDEO

Afəti yenə ələ saldılar - VİDEO
19 Mar 2019 10:32

Müğənni Afət Fərmanqızının dahi Nəsiminin sözlərinə oxuduğu "Pəncü-şeş" mahnısı növbəti dəfə gülüş obyektinə çevrilib.  

Realpress.az-in məlumatına görə, ifaçı bu dəfə ATV-də yayımlanan “Bacanaqlar” serialının hədəfinə tuş gəlib.  

Ekran işinin bir bölümündə qonaq qismində rəqqasə Oksana Rəsulova iştirak edib. O, serialın qəhrəmanlarına hind rəqsini öyrətməyə çalışıb. Ancaq rəqsə öyrətdiyi mahnı Afət Fərmanqızının İmadəddin Nəsiminin “Pəncü şeş” qəzəli ilə sintez etdiyi hind mahnısı “Tune Maari Entriyaan” olub. 

Onların sosial şəbəkədə yayılan videosu maraqla və gülüşlə qarşılanıb. 

Xatırladaq ki, bir müddət əvvəl "Bu şəhərdə" komandası Afət Fərmanqızını parodiya etmişdi.  


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.