Qulağın bu nöqtələrini sıxmağın faydaları sizi şoka salacaq — Çin təbabətinin İNANILMAZ SİRRİ

Qulağın bu nöqtələrini sıxmağın faydaları sizi şoka salacaq — Çin təbabətinin İNANILMAZ SİRRİ
19 Mar 2019 09:18

Həyatda ağrıdan və yorğunluqdan çıxış yolu yoxdur. Bu normaldır: Biz hamımız insanıq və özümüzü daim ideal hiss edə bilmərik. Amma bədənin xarici orqanlarının özündə hansı sağlamlıq ehtiyatını saxladığını biləndə, siz çox təəccüblənəcəksiniz.

Realpress.az xəbər verir ki, bədənin enerjisinə nəzarət etmək üçün maraqlı və qeyri-adi bir yol var - refleksologiya. Bu üsulu çinlilər minlərlə il bundan əvvəl icad edib. Bu gün oxucuları bu elmin ən maraqlı hissəsilə tanış etimişik. Bunun üçün sizə yalnız sıxac və öz qulağınız lazım olacaq!

Niyə məhz qulaq?

Refleksoloq Helen Çin Lui izah edir ki, hər bir qulaq müəyyən bir mənada bədənin tam bir xəritəsi rolunu oynayır:

"Mərkəzi sinir sisteminin daxili orqanlarla bağlı olan sinir uclarının böyük hissəsi qulaqda bitir. Hər qulaqda bədənin konkret üzvləri ilə bağlı olan 6 nöqtə var. Onları sıxacla tutsanız, dərhal enerji və sağlamlığın yüksəldiyini hiss edəcəksiniz".

1. Qulaq üstü

Qulağın üstü birbaşa bel və çiyinlərə bağlıdır. Bu nöqtəyə hər gün 1 dəqiqə basaraq, bel və çiyinlərdə gərginliyi azaltmaq olar. Xüsusilə oturaq həyat tərzi sürən insanlar üçün faydalıdır.

2. Qulağın əyilmə nöqtəsi

Qulağın bu nöqtəsi daxili orqanların hər biri ilə bir qədər bağlıdır. Odur ki, daxili narahatlıq və ya yorğunluq hiss etsəniz, bu yerə bir sıxac qoyub 20 saniyə gözləyin. Ağrı bir qədər yüngülləşəcək. Lakin ağrının əsas səbəbini öyrənmək üçün həkimə müraciət etməyi unutmayın.

3. Qulağın üst orta hissəsi

Qulağın bu hissəsi oynaqlara bağlıdır. Uzun müddət kompüterdə oturduqdan sonra oynaqlarda yaranan ağrı və yorğunluğunu azaltmaq üçün bu nöqtəyə basın.

4. Qulağın aşağı hissəsi

Qulağın aşağı hissəsinə təzyiq tətbiq etmək burun və boğazı rahatlaşdırar. Əgər burun tıxanması sizi narahat edirsə, yatmazdan əvvəl bu hissəni sıxıb saxlayın.

5. Qulaq məməsinin yuxarı hissəsi

Qulaq məməsinin yuxarı hissəsi həzm ilə əlaqələndirilir. 5-ci nöqtəyə sıxac taxıb yarım saniyə saxlayın, bu, mədə və bağırsaq ağrısını azaldacaq. Bu hiylədən profilaktik olaraq da istifadə edə bilərsiniz.

6. Qulaq məməsi

Bu nöqtə ürək və başla bağlıdır. Ürək sağlamlığını qorumaq, miqren və baş ağrısını aradan qaldırmaq üçün qulaq məməsinə basın.

Odur ki, refleksologiyanı sınaqdan keçirmədən əczaxanaya tələsməyin. Çin təbabəti minlərlə ildir ki, insanlara kömək edir. (publika.az)


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.