Maykl Esyen: “Səbail”də oynayan məşqçi olacam - VİDEO

Maykl Esyen: “Səbail”də oynayan məşqçi olacam - VİDEO
16 Mar 2019 11:33


“Səbail”lə müqavilə imzalamaq üçün Bakıya gəlmiş ulduz futbolçu Maykl Esyen Azərbaycan Premyer Liqasının XXI turunun görüşünü izləyib.

realpress.az xəbər verir ki, o, Bayıl qəsəbəsində keçirilən “Səbail” – “Qarabağ” matçını (1:2) tribunadan izləyib. 

36 yaşlı qanalı yarımmüdafiəçi qarşılaşmadan sonra fikirlərini bildirib. Müqavilə bağlanmasının “Səbail” rəhbərliyi ilə görüşdən sonra alacağını bildirən “Çelsi”nin sabiq futbolçusu izlədiyi oyun barədə danışıb:

“Çox yaxşı oyun idi. “Səbail” uduzmasına baxmayaraq, gərgin matç izlədik. Bu nəticə isə “Qarabağ”ın təcrübəli olması ilə əlaqəlidir.

Çempionlar Liqasında qalib olduğum günlər keçmişdə qalıb. Bunu unutmaq lazımdır. Futbolçuyam və oynamaq istəyirəm. Bakıya gəlişimdə “Səbail”in icraçı direktoru Ramil Həsənovla klubun gələcək planlarından danışmışdıq. Bu da məni cəlb etdi.

2017-ci ildə İndoneziyanın “Persib” klubundan ayrıldıqdan sonra bir neçə təklifim olmuşdu. Əsas təkliflər Avstraliya çempionatından idi. Ancaq ora çox uzaq olduğu üçün rədd etmişdim. Qısa fasilə götürmüşdüm. “Çelsi”də U-16 komandasında məşqçi kimi çalışırdım. İndi isə “Səbail”də oynayan məşqçi kimi həm də bu klubun U-19 komandasına köməklik edəcəyəm”.

Daha sonra Esyen uyğunlaşmaq üçün vaxta ehtiyacının olmadığını bildirib:

“Həyatımda çox futbol görmüşəm, bundan da sürətli oyunlara şahidlik etmişəm. Fikrimcə, Azərbaycan çempionatında oynaya bilərəm.

Futbolçuyam və oynamaq istəyirəm. “Səbail”in planları məni cəlb etdiyindən bura gəldim. Reklamı və digər şeyləri düşünmürəm.

Xüsusi tələbim yoxdur. Əsas istəyim gənc futbolçularla təcrübəmi bölüşməkdir”.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.