OnMed stansiyası həkimi əvəz edəcək

OnMed stansiyası həkimi əvəz edəcək
14 Mar 2019 16:22

Tibbi onlayn konsultasiyalar tədricən həyatımızın bir hissəsinə çevrilir. Ancaq yalnız danışıq və ya mətn mesajları kifayət deyil. HD formatlı kamera və müxtəlif datçiklərlə təchiz edilmiş yeni “OnMed” stansiyası həkim effektini gücləndirir, həm də həkimin təyinatı ilə dərman vasitəsi verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, kiçik stansiya və ya köşk formasında hazırlanmış “OnMed” vasitəsilə həkimlə məsafədən ünsiyyət saxlamaq mümkündür. Video və səs avadanlığının  köməyi ilə xarici müayinədən başqa, həkim pasiyentin əsas fiziki parametrləri (boy, çəki, BKİ (Bədən Kütlə İndeksi), tənəffüs və qanın oksigenlə təchizi) haqqında informasiya əldə edir. Sözügedən stansiya, həmçinin bədənin temperaturunun istilik "təsvirini" yaradır və orqanizmdə infeksiyaların mövcudluğu ilə bağlı diaqnoz qoyur.
 
“OnMed” stansiyası konsultasiya bitdikdən sonra xəstəyə yüzlərlə dərmandan ibarət olan öz ehtiyatından dərman verir. Lazımi dərman vasitəsi olmadıqda “OnMed” aptek üçün resept çap edir.
 
“OnMed” stansiyasında əlaqə seansı zamanı məxfilik qaydalarına diqqətlə riayət edilir: köşk kənar şəxslərdən tam qorunur. Abunəçilərin eyniləşdirilməsi üçün 3D sifət tanınma sistemindən istifadə edilir. Konsultasiyanın müddəti 15 dəqiqədən çox olmur.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.