Mən artıq tam əminəm ki, Cahangir mənim atamın ...- Ayşən AÇIQLADI - VİDEO

Mən artıq tam əminəm ki, Cahangir mənim atamın ...- Ayşən AÇIQLADI - VİDEO
14 Mar 2019 15:10

Bura gəlib-getməkdən yoruldum. Məcburiyyət qarşısında təhsilimlə əlaqədar Türkiyəyə getməliyəm.

Realpress.az xəbər verir ki, bunu Hüseyn Dəryanın ilk nikahından olan övladı Ayşən "Bizimləsən"də deyib. O, Cahangirin doğma qardaşı olub-olmadığını öyrənmək üçün günlərdir telekanala ayaq döydüyünü bildirsə də, Sona xanımın DNT testindən yayınmasından təngə gəldiyini qeyd edib.

Ayşən Türkiyədə təhsilini dondurduğu üçün Bakıda daha çox qala bilməyəcəyini də sözlərinə əlavə edib. Lakin o, Cahangirin doğma qardaşı olub-olmadığını sübuta yetirmək üçün lazım gələcəksə Hüseyn Dəryanın məzarını açdıracaqlarını da vurğulayıb:

"Mən bura təzə gələndə əmin idim ki, o, mənim qardaşımdır. Sadəcə, sübut olunmağını istəyirdim. Amma artıq mənim beynimdəki suallara mən cavab tapıram. Mən indi Türkiyəyə gedəcəm. Amma bu, o demək deyil ki, bu mövzu sona çatdı. Yeri gəlsə, qəbir açılacaq. Amma bu mövzuya aydınlıq gətiriləcək. Ağlımda suallar var idi, amma mən indi tam əminəm. Hansı insana deyilsə ki, DNT istəyirik, özünə güvənən hansı insan gəlməz? Sona xanım bura gəlib desəydi ki, Cahangir Hüseyn Dəryanən mənəvi oğludur. Mən bunu çox gözəl qarşılayardım, bağrıma basardım. Sona xanım isə nə bunu edir, nə də DNT-yə gəlir. Mən artıq tam əminəm ki, Cahangir mənim atamın mənəvi oğlu, mənim də mənəvi qardaşımdır".



8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.