Kəmaləddin Heydərov sənədsiz evlərdən danışdı

Kəmaləddin Heydərov sənədsiz evlərdən danışdı
14 Mar 2019 13:07

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin zəlzələ bölgəsinə səfərləri zamanı xeyli vətəndaş məktubla ölkə başçısına müraciət etdilər. Məktubların 30 faizi zəlzələnin yaratdığı fəsadlar, evlərin bərpası, kupçanın olmaması ilə bağlı olub". 

Realpress.az-in REAL-a istinadla verdiyi məlumata görə, bunu “Çoxmənzilli binaların istismarına icazənin verilməsinin sadələşdirilməsi haqqında” fərmanın icrası ilə bağlı keçirilən müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmallədin Heydərov deyib.

Nazir qeyd edib ki, fərmanda öz əksini tapmış qərarların icrası qısa müddətdə təmin ediləcək: "Biz rayonlarda vətəndaş qəbulu keçiririk. Belə görüşlər zamanı məlum olur ki, məsələn, vətəndaş 60 ildir bir evdə yaşayır, lakin onun çıxarışı yoxdur. Ərazi zəbt olunub, ya vətəndaş özü tənbəllik edib, niyə mülkiyyət hüququ haqqında şəhadətnamə almayıb, bütün səbəblər araşdırılmalıdır".

26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.