Bu qulaqlıqlar xərçəng riskini artırır

Bu qulaqlıqlar xərçəng riskini artırır
14 Mar 2019 09:35

ABŞ-ın "Apple" korporasiyası 2018-ci ildə 29 milyon simsiz "AirPods" qulaqlıqları satıb. İndi məlum olur ki, bu texnika xərçəng riskini artırır.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat BMT və Dünya Səhiyyə Təşkilatına ünvanlanmış petisiyada yer alıb. 250-dən çox alimin imzaladığı müraciətdə deyilir ki, radiotezlikli radiasiya əsasında işləyən çoxsaylı simsiz qurğular, o cümlədən "Bluetooth", "Wi-Fi", müxtəlif cür mobil qurğular xərçəng riski baxımından çox təhlükəlidir, çünki onlar insanın qulaq kanalına taxılır və ora yüksək səviyyədə radiasiya ötürür.

Doğrudur, bu barədə yekdil fikir yoxdur, lakin radiotezlikli radiasiyanın heyvanlara təsirini öyrənən tədqiqatlar təsdiq edib ki, bu qurğular xərçəng törədə bilər. Lakin kanserogen sayılan radiasiya səviyyəsi bəzi hallarda tənzimləyici orqanların yol verdiyi maksimum həddən xeyli aşağı olub.

Xatırladaq ki, simsiz qulaqlıqlar smartfona zəif dalğaların ötürülməsi üçün elektromaqnit enerjisindən istifadə edən simsiz texnologiya - "Bluetooth" sistemi vasitəsilə qoşulur. "Bluetooth" zəif radiodalğalar əsasında işləyir. Lakin radiodalğaların aşkar riski bundan ibarətdir ki, onların səviyyəsi yüksək olanda yanıqlar törədir. Alimlər zəif radiodalğaların insan orqanizminə uzun müddət necə təsir göstərdiyini aydınlaşdırmağa çalışırlar.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.