Azərbaycanlı xanəndə vəfat etdi - FOTO

Azərbaycanlı xanəndə vəfat etdi - FOTO
04 Mar 2019 11:15

Xanəndə Camal Dadaşov vəfat edib.

Realpress.az kult.az-a istinadən xəbər verir ki, xanəndənin heç bir xəstəliyi olmayıb. Gecə ailəsi, doğmaları ilə birgə olub. Yatmaq üçün otağına keçərkən qəfil yıxılıb və dünyasını dəyişib.

Qeyd edək ki, Camal Dadaşov 1950-ci ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib, uzun illər Qobustan rayon Musiqi Məktəbində muğam dərsi keçib. Bir çox gənc xanəndənin, o cümlədən Muğam Müsabiqəsi-2007-nin laureatı Abgül Mirzəliyevin ustadıdır.

C.Dadaşovun oğlu, qarmon ifaçısı Nazim Dadaşov 2016-cı il 19 iyulda ağır qəza nəticəsində dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin!


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.