Binəqədi rayonunda sakinlərin onkoloji müayinəsi davam edir- FOTOLAR

Binəqədi rayonunda sakinlərin onkoloji müayinəsi davam edir- FOTOLAR
02 Mar 2019 21:51

Milli Məclisin deputatı Kamaləddin Qafarovun təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə dünəndən Milli Onkologiya Mərkəzi M.Ə.Rəsulzadə qəsəbəsindəki 6 saylı Şəhər Xəstəxanasında əhalinin onkoloji müayinəsini keçirir.



Aksiyaya Milli Onkologiya Mərkəzinin 10-dan çox peşəkar həkimi və ən müasir və yüksək standartlara cavab verən səyyar diaqnostika kompleksləri cəlb olunub. Həkim briqadaları və diaqnostika kompleksləri vasitəsilə əhalinin bir neçə istiqamətdə - baş-boyun, mamoloji və ultrasəs (USM) üzrə müayinələri həyata keçirilir. Dünən səhər başlayan aksiya saat 19.00-a qədər davam etmiş və müraciət edən bütün vətəndaşlar aksiyadan yararlanmışlar. Aksiyada pasiyentlərin dəqiq qeydiyyatı aparılır və onlar sağlamlıq problemlərinə uyğun olaraq müvafiq müayinə otaqlarına yönəldilirlər. Müayinələr həm xəstəxananın tibbi kabinetlərində, həm də xəstəxananın həyətində aksiya ilə bağlı yaradılmış səyyar həkim briqadaları, həmçinin səyyar diaqnostika və mamoloji komplekslər tərəfindən reallaşdırılır. Vətəndaşların müayinələrinin nəticələri rəsmi qaydada özlərinə təqdim edilir. 
Dünən müayinə üçün aksiyaya 700- nəfərə yaxın sakin müraciət edib. Əhalinin onkoloji müayinəsi üçün nəzərdə tutan aksiya bu gün də davam edir. 6 caylı Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədovun məlumatına görə , dünən və bu gün saat 16-ya qədər 1100 nəfərə yaxın qəsəbə sakininə yüksək səviyyəli onkoloji və digər istiqamətlər üzrə tibbi yardım göstərilib. 75 nəfər baş-boyun onkologiyası, 105 nəfər mamoloji , 75 nəfər qinekoloji, 120 nəfər mamoqrafiya, 120 nəfər ağciyər problemləri, 218 nəfər isə ultrasəs üzrə müayinədən keçib.

İki günlük aksiya bu gün axşam saatlarına qədər davam edəcək.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.