Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır

Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır
28 Fev 2019 10:45

Bu gün rezidenturaya sənəd qəbulu başa çatır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, fevralın 28-i saat 10.30-a olan məlumata əsasən 912 namizəd (Azərbaycan bölməsi - 783; rus bölməsi - 129) elektron ərizəsini təsdiqlədib. Namizədlər bu gün saat 23.59-dək ərizələrini təsdiq etməlidirlər.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizəsini təsdiq etməyənlər imtahana buraxılmırlar.

Realpress.az


14 İyun 2019
Elmi

ABŞ-da qanda xərçəng hüceyrələrinin məhv edilməsi üçün lazer hazırlanıb

Arkanzas Universitetinin alimləri qan damarlarında hərəkət edən xərçəng hüceyrələrini məhv edə bilən lazer texnologiyasını uğurla sınaqdan keçiriblər.  

11 İyun 2019
Elmi

Bu şəxslər təhsil haqqından azad olacaq — SİYAHI

Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqə elan edir.

1 İyun 2019
Elmi

Bakıda TOEFL IBT və SAT imtahanları keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında TOEFL IBT və SAT imtahanları təşkil olunub.

29 May 2019
Elmi

Yeni robot müstəqil şəkil çəkir və müxtəlif dillərdə yazır

ABŞ-ın Braun Universitetinin alimlərinin yaratdığı yeni robot şəkil çəkməyi və müxtəlif dillərdə yazmağı müstəqil öyrənir.

27 May 2019
Elmi

Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında istifadə olunan qapalı və cavabının kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə toplanılması mümkün olan maksimal balı açıqlayıb.