Orqanizmin qapısı dabanda yerləşir - Yun Çyuan nöqtəsinin sirri

Orqanizmin qapısı dabanda yerləşir - Yun Çyuan nöqtəsinin sirri
28 Fev 2019 09:27

Ayaq altında ikinci və üçüncü barmağın düz mərkəzində yerləşən Yun Çyuan nöqtəsini " orqanizmin qapısı" adlandırırlar. Bir çox xəstəliklərin çarəsi də elə bu qapıdan başlayır.

Realpress.az medicina.az-a istinadən bu nöqtənin yaxşı işləyib-işləməməsinin metodunu və nöqtənin massajı ilə hansı xəstəliklərdə effect əldə edə biləcəyinizi təqdim edir.

Nöqtəni tapıb, baş və şəhadət barmağın ucu ilə basın. Əgər həmin nöqtə ağrıyırsa, deməli, problem var və nöqtə yaxşı işləmir.
Belə olan halda hər gün 2 dəfə səhər və axşam 3 dəqiqə olmaqla hər iki ayaqda olan nöqtəni yüngül basmaqla masaj edirsiz. 

Hansı problemlərdə bu nöqtəni masaj etməlisiz?

-Baş ağrısı, baş gicəllənmə, qulaqlarda küy, görmənin zəifləməsi, gözlərdə ağrı, yaddaş pozuntusu
-Taxikardiya, aritmiya, ürək-damar problemləri
-Huş itirildikdə, gün vurmada, qıcolmalarda
-Həzm sistemi pozuntularında
-Böyrəklərin işində problem olduqda
-Arterial təzyiqdə


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.