Kənar enerji mənbəyi olmadan işləyən süni intellekt sisteminə malik videokamera yaradılıb

Kənar enerji mənbəyi olmadan işləyən süni intellekt sisteminə malik videokamera yaradılıb
19 Fev 2019 11:44

ABŞ-ın “Xnor” startapı "sonsuz" avtonom işləmə müddətinə malik süni intellekt sistemli simsiz videomüşahidə kamerasının prototipini hazırlayıb. Günəş enerjisi ilə işləyən qurğu uzun müddət təsviri yaza bilər.
 
Süni intellekt sistemli kamera tamamilə müstəqildir: batareya və kənar enerji mənbəyi lazım deyil. Aparat bir sıra enerji-effektiv simsiz protokollar ilə (Wi-Fi protokolu enerjini sürətlə işlətdiyinə görə dəstəklənmir) uyğundur ki, bu da bir neçə kilometri əhatə edən radiusda məlumat ötürməyə imkan  verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, məlumatların işlənməsi və təhlili qurğuda həyata keçirilir: “FPGA” mini-çipi və obyektlərin tanınması üçün güclü alqoritm bu işdə kömək edir. Təsvir 320x320 piksel ölçüsündə yazılır. Lakin bu təsvir ölçüsü süni intellektdən hərəkət detektoru kimi istifadə etmək üçün kifayətdir.
 
“Xnor” startapının hazırlanmasının qiyməti təxminən 10 dollar təşkil edir. Amma startap, hələ ki, kütləvi istehsala hazır deyil: süni intellektli kamera tərəfindən çəkilən kadrların tezliyi qəbul olunan enerjinin həcmindən çox asılıdır. Aydın havada video 32 kb/s sürətlə yazılır, amma qurğuya böyük ölçülü fotoelement quraşdırmaqla bu məhdudiyyəti aradan qaldırmaq mümkün olacaq.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.